wrapper

Milli komanda

“Almaniyanın Azərbaycanı məğlub edəcəyini gözləyirəm”

 “DÇ-2018-in seçmə mərhələsində Norveçə qarşı keçirəcəyimiz oyun bizim üçün xüsusi əhəməiyyət daşıyır. Bu matçda qələbə qazanmaqla qrupda ikinci pillədəki mövqeyimizi möhkəmləndirə bilərik”. Futbol11.az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O,Nil deyib.

Ətraflı

“Hazırda bizim üçün önəmli olan...” – Millimizin üzvü

“Qələbə qazana bilmədiyimizə görə çox üzüldüm.  Yaxşı mübarizə aparsaq da, qələbə hesabını qoruya bilmədik”. Futbol11.az xəbər verir ki, bu sözlər “Bursaspor”un və Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaza məxsusdur.

Ətraflı

Millimizdən darmadağın

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışını davam etdirir.

Ətraflı

Millimizin rəqibi Braziliya və İspaniya ilə oynayacaq

Almaniya millisinin iki yoxlama oyunu keçirəcəyi dəqiqləşib. Futbol11.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan bundestim İspaniya və Braziliya ilə qarşılaşacaq.

Ətraflı

Millimizin üzvü klubunu tərk edir

Millimizin sabiq üzvü Tuğrul Erat Almaniyanın “Duysburq” klubundan ayrılamağa hazırlaşır.

Ətraflı

Millimizin üzvünə yeni müqavilə təklifi

Azəbaycan millisinin üzvü Ufuk Budak çıxış etdiyi “Manisaspor” klubu ilə yeni müqavilə imzalaya bilər. Futbol11.az xəbər verir ki, Manisa təmsilçisi qış transfer dönəmində tansfer etdiyi futbolçuya yeni müqavilə təklif edib.

Ətraflı

“Ramil Şeydayevə ehtiyacımız yoxdur” – baş məşqçi

Türkiyənin “Trabzonspor” klubu “Jilina”ya icarəyə verdiyi millimizin üzvü Ramil Şeydayevin xidmətində maraqlı deyil. Futbol11.az xəbər verir ki, bunu Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal açıqlayıb.

Ətraflı

"Eyni səviyyəli iki komandanın qarşılaşması oldu"

Milli komandamızın qapıçısı Səlahət Ağayev Qətərlə yoldaşlıq oyunu (2:1) haqda fikirlərini bildirib.

Ətraflı

"Yaxşı formadayam" - Rauf Əliyev-

Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda yığmamız 2:1 hesablı qələbə qazanıb.

Ətraflı

"Bunu bacardım" - Mahir Mədətov

Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda yığmamız 2:1 hesablı qələbə qazanıb.

Ətraflı

“Əl-qolumuzu sallamaq fikrimiz yoxdu” – Cavid Hüseynov

“Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik”. Futbol11.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov deyib.

Ətraflı

Şimali Koreya vətəndaşları kimi...

2017-ci ildir. Azərbaycan İslam Oyunlarına hazırlaşır. Üç ildən sonra Bakıda Avropa çempionatının 4 oyunu keçiriləcək. “Qarabağ” və “Qəbələ” iki  ildir ardıcıl Avropa Liqasının qrup mərhələsində çıxış edir. AFFA-nın hesabat konfransında qurumun baş bilənləri bəh-bəhlə görülən işlərdən danışırlar. Hətta arada regionun lider idman (oxu futbol) ölkəsi olduğumuza dair də fikirlər səsləndirirlər. İnkişaf elə bir mərhələyə gəlib çatıb ki, artıq məmləkətdə  iki idman kanalı var. Daha “İdman Azərbaycan”ı öküz yarışlarına görə tənqid edən də yoxdu.  Biz çempionatında 8 komanda çıxış etməsinə, klublarının 70 faizinin AFFA-dan maliyyələşməsinə, bu gündən sabaha etibarı olmamasına baxmayaraq, baş katibi UEFA İcraiyyə Komitəsinə üzv olmaq istəyən ölkənin vətəndaşlarıyıq. Yeri gəlmişkən, bu ərəfələrdə CBC Sport-da maliyyə problemləri yarandı, Media Komitəsinin pulu yubandı, Qətərə bir nəfər də jurnalist aparılmadı.  Hə, Qətər-Azərbaycan oyunu bir başqa aləmdir. Camaat az qala U-10-larının oyunlarından canlı yayım edir, istəyirsən, youtube-dan, isteyirsən, facebook-dan gir matça bax. Dünən biz yenidən 80-ci illərin nostalgiyasını yaşadıq. Sanki “Neftçi” səfərdə hansısa komanda ilə qarşılaşıb və  səbirsizliklə bazar ertəsini gözləyirik ki, Fikrət Adıgözəlli çıxıb “İdman icmalı”nda 30 saniyəyə nəticəni deyib, keçəcək “Spartak” cəmiyyətinin zəhmətkeşlərinin spartakiadasından süjetə. İş orasındadır ki, dünən heç Fikrət Adıgözəlli də olmadı, qaldıq flashscore, livescore-un ümidinə. Qonşularımız Türkiyə və Rusiyada milli komanda oynayanda saatlarla efir buna həsr olunur. Hadisə yerindən bağlantılar, oyun öncəsi məşqlər, mətbuat konfransları, matçın da hər detalı xırdalığına kimi analiz olunur.  Bəli, 2017-ci ildir, indi biz özümüzü Şimali Koreya vətəndaşları kimi hiss edirik. Sabah AFFA-dan kimsə çıxıb desə ki, Qətəri 8:1 hesabı ilə məğlub etmişik, gəl indi buna inanma. Necə ki, Kim Çen İrin ölkəsində hələ də elə bilirlər ki, Şimali Koreya dünya çempionatında Braziliyanı darmadağın etmişdi.  Əşi, AFFA neyniyir e, mətbuatı, saytları. Media onlara U-17-lərin Avropa çempionatında, qızların dünya çempionatında lazım olur ki, gördükləri misilsiz işlər, analoqsuz inkişaf geniş şəkildə işıqlandırılsın.  Fəaliyyəti hadisələri yalnız kənardan izləyib, arada Prosineçki və federasiya rəhbərliyini tərifləmək olan Məşqçilər Komitəsinin sədri təbii ki, Qətərdə idi. Axı onun “oyunun vaxtında və yerində təşkil edildiyini, nəticənin də qənaətbəxş olduğunu qeyd edə bilərəm” açıqlamasına böyük ehtiyac var idi.  AFFA-nın Şimali İrlandiya ilə oyun ərəfəsində və matçdan sonra mətbuata böyük ehtiyacı olacaq. Baş verə biləcək uğursuz nəticəni malalamaq üçün. Kim buna “niyə də yox” desə, həmişə ağ çörəyi olacaq. BABƏK

Ətraflı

"İlk qolumu vurduğuma görə çox sevinirəm" - Tərlan Quliyev

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi”. Futbol11.az saytının məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Tərlan Quliyev deyib.

Ətraflı

"Qələbənin faydası olacaq" - Rəşad Sadıqov

Futbol üzrə Azərbaycan millisi Qətər yığması ilə keçirilən yoxlama görüşündə qələbə qazanıb.

Ətraflı

"Futbol oynamağı bacardıqlarını sübut etdilər" Robert Prosineçki

Futbol üzrə Azərbaycan millisi Qətər yığması ilə keçirilən yoxlama görüşündə qələbə qazanıb.

Ətraflı

Azərbaycanlı azarkeşlər Qətərlə matça buraxılmadı

Millimizin Dohada Qətər yığması ilə oyununa gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib.

Ətraflı

"Borussiya"nın futbolçusu Bakıya gələcəkmi?

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Almaniya yığması dayaq yarımmüdafiəçisi Sven Benderdən sevindirici xəbər alıb.

Ətraflı

Millimizin Qətərlə oyun üçün heyəti açıqlandı

Bu gün Qətərlə yoxlama görüşündə üz-üzə gələcək Azərbaycan millisinin heyəti açıqlanıb. Futbol11.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki yalnız Azərbaycan çempionatında çıxış edən futbolçulara şans verəcək.

Ətraflı

Millimizin "şot"unu ərəblər ödəyib

Millimizin Qətər yığması ilə Dohada keçiriləcək yoldaşlıq oyununda iştirakı üçün bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödənilib.

Ətraflı

Qətər - Azərbaycan matçının hakimləri açıqlandı

Bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

Ətraflı

FİFA-nın növbəti reytinqi: Yığmamız 8 xal itirdi

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Futbol11.az xəbər verir ki, sonuncu dəfə 1 ay öncə açıqlanan cədvəldə heç bir dəyişiklik olmayıb.

Ətraflı