wrapper

21 yaşlılardan ibarət millimizin Kosova ilə matçını idarə edəcək Roomer Tarayev 2-ci dəfədi ki, təmsilçilərmizin oyununa təyinat alır. Futbol11.az xəbər verir ki, estoniyalı hakim ilk dəfə 2015-ci ildə məhz adıçəkilən yığmamızın görüşündə fit çalmışdı.

AÇ-2017-nin seçmə mərhələsində komandamızın Farer adalarını səfərdə üstələdiyi (1:0) oyunda o, yığmamızın 4, rəqibin isə 3 futbolçusuna sarı, 1-nə isə qırmızı vərəqə göstərmişdi.

Onun karyerasına nəzər salsaq, görərik ki, 37 yaşlı hakim 2014-cü ilin martından Estoniya çempionatında oyunlar idarə etməyə başlayıb. Tarayevin  təcrübəsi elə də çox deyil. 2015-ci ildən FİFA referisi adını daşıyan “qarapaltarlı” bu müddətdə cəmi 15 beynəlxalq qarşılaşmada fit çalıb. O, idarə etdiyi matçlarda futbolçulara 74 sarı, 5 qırmızı vərəqə göstərib. Həmçinin, 2 dəfə də komandaları penalti ilə cəzalandırıb.