wrapper

Qurban Qurbanovun AFFA ilə 6 illik müqavilə imzaladağı hər kəsə bəllidir. Futbolçu karyerasını “İnter”də bitirib, məşqçiliyə “Neftçi”də başlayan, amma bütün uğurlarını “Qarabağ”da qazanan Qurban Qurbanov indi məharətini millidə göstərməlidir.

Bizdə olan məlumata görə, aşağı yaş qrupları üzrə milli komandalara da nəzarət məhz Qurban Qurbanovun ixtiyarında olacaq. Son məlumata görə, Qurban Qurbanov U-21 yığmasında işləri qaydasına salmağa çalışır. Seçmə mərhələdə biabırçı çıxış edən U-21 yığmasının baş məşqçisi postuna Aftandil Hacıyevin gətirilmə ehtimalı var. Bir müddətdir ki, “Qarabağ”ın əvəzedici heyətində çalışan Hacıyevin iş prinsipi Qurban Qurbanov tərəfindən bəyənilir. 

Qeyd edək ki, Aftandil Hacıyev vaxtilə həm U-21, həm də əsas milli komandada çıxış edib. Keçmiş müdafiəçi karyerasını bitirdikdən sonra “Qarabağ”ın aşağı yaş qruplarında məşqçi kimi fəaliyyətə başlayıb. 

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017