wrapper

21 yaşlılarmızın Almaniyaya 0:7 hesabı ilə rüsvayçı ev məğlubiyyətindən sonra Renat Dadaşov zədə səbəbindən yığmanın düşərgəsini tərk etmişdi. Futbol11.az xəbər verir ki, hücumçunun komandadan ayrılmasına səbəb kimi isə zədəli olması göstərilmişdi.

Maraqlıdı ki, yığmamızın dünən Kosovo ilə oyunundan cəmi 2-3 saat sonra Dadaşov “İnstaqram” səhifəsində çıxış etdiyi Frankfurt “Ayntraxt”ının məşqində çəkdirdiyi şəkli paylaşıb. Maraqlıdı, əgər Dadaşov həqiqətən də zədəlidisə topla necə məşq edib? Görünən odu ki, ortada böyük bir yalan var.

 

Onsuz da yığmanın heyət açıqlananda Dadaşovun bu iki qarşılaşmada oynamaqdan imtina etdiyi yazılmışdı. Görünür onu 1 matçlıq da olsa güc-bəla ilə oynadıb, məcbur zədəli adı ilə yenidən Almaniyaya yola salıblar.