wrapper

"Heyətə qatmaq istədiyimiz futbolçularla danışıqlarımızı davanm etdiririk. İlk olaraq "Gənclərbirliyi"nin futbolçusu Boğdan Stankunu komandamda görmək istəyirəm".

 Futbol11.az xəbər verir ki, bu sözlər Türkoyənin "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğluya məxsusdur. 

Türkiyə mətbuatına açıqlama verən təcrübəli çalışdırıcı rumıniyalı futbolçunu millimi komandamızın üzvü Dəniz Yılmazın da çıxış etdiyi hücum xəttində oynatmaq istədiyini deyib: "Hazırda Stanku məsələsi ilə bağlı klublar arasında danışıqlar gedir. Əlbəttə, rumın hücumçunu komandamda görmək mənə xoş olacaq. Onu Dəniz Yılmazın mövqeyində oynatmaq niyyətindəyəm. Çünki Dəniz o mövqedə yalnız qalır".

Qeyd edək ki, millimizin üzvü bu mövsüm "Bursaspor"un heyətində 2 qolla yadda qalıb.

Futbol11.az  

Son redaktə Çərşənbə, 11 Yanvar 2017