wrapper

Türkiyənin“Trabzonspor” klubu çempionatın ikinci dövrəsi üçün hazırlıqları davam etdirir.

Futbol11.az xəbər verir ki, Türkiyənin tanınmış "Fanatik" qəzeti Qara dəniz təmsilçisinin hazırlıqlarından bəhs edən geniş yazı hazırlayıb.

Futbolçuları ayrı-ayrılıqda dəyərləndirən türkiyəli həmkarlarımız milli komandamızın üzvü Ramil Şeydayev haqqında da yazıblar: “Ramil yüngül zədəsi olduğu üçün toplanlışda komanda ilə birlikdə məşq edə bilmədi. Bərpa prosesindən sonra düz qaçışlara başladı. Demək olar ki, bu toplanış onun üçün deyildi.  Onun üçün çox uğursuz bir period oldu”.

Qeyd edək ki, mövsümün əvvəlində “Zenit”dən “Trabzonspor”a transfer olunub. O, komandanın heyətində keçirdiyi 3 oyunda 1 qol vurub. 

Futbol11.az 

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017