wrapper

Milli komandamızın üzvü Ufuk Budak klubunu dəyişə bilər. 

Futbol11.az xəbər verir ki, 27 yaşlı futbolçu Türkiyə Superliqasında mübarizə aparan "Kayserispor" klubundan ayrılmağa hazırlaşır.

Türkiyə mətnuatının yaydığı xəbərə görə, Ufukun xidmətində I liqanın liderlərindən biri olan "Yeni Malatyaspor" klubu maraqlıdır. "Kayserispor"la 2018-ci ilin yayına qədər müqaviləsi olan sol cinah müdafiəçisinin Malatya təmsilçisinə icarə əsasında keçəcəyi gözlənilir.

Qeyd edək ki, "Yeni Malatyaspor" I liqanın ilk dövrəsini lider "Göztəpə"dən 1 xal geridə başa vurub.

Futbol11.az  

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017