wrapper

Milli komandaların yanvar ayı üçün yeni reytinq cədvəli açıqlanıb. Futbol11.az xəbər verir ki, ötən ay tərtib olunan siyahıda cüzi dəyişikliklər olub. 

Ötən ay açıqlanan siyahıdan sonra heç bir rəsmi matça çıxmayan millimizin də xal və mövqeyi dəyişməz qalıb. Ötən ay olduğu kimi, bu ay da komandamızın aktivində 386 xal var. 

Bu nəticə ilə millimiz 90-cı pillədə qalıb. Ancaq artıq Toqo millisi yığmamıza çatıb. Eyni xala malik komandalar 90-cı pilləyə şərikdi.

Futbol11.az 

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017