wrapper

Rumıniya millisinin üzvü Boğdan Stankunun millmizin futbolçusu Dəniz Yılmazın da çıxış etdiyi Türkiyənin "Bursaspor" klubuna keçidi baş tutmayıb. 

Futbol11.az xəbər verir ki, hücumçu hazırda çıxış etdiyi "Gənclərbirliyi" klubundan ayrılmaq niyyətində deyil. Bu barədə məlumatı Ankara təmsilçisinin baş məşqçisi Ümit Özat veirb: "Bəli, "Bursaspor"dan Stanku üçün təklif almışdıq. Bursalıların baş məşqçisi Hamza Hamzaoğlu şəxsən futbolçu ilə danışıq aparırdı. Ancaq Boğdan heç yerə getməyəcək. O, özü komandamızda qalmaq istəyir". 

Qeyd edək ki, "Bursaspor"un baş məşqçisi Hamza Hamzaoğlu hücum xəttini gücləndirmək üçün Stankunun transfer edilməsinin vacib olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, rumın hücumçu ilə Dəniz Yılmaz ön xətdə yaxşı tandem təşkil edə bilərlər. 

Futbol11.az 

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017