wrapper

21 yaşadək futbolçulardan ibarət milli komandamız yeni mərhələyə qədəm qoyur. Yığmamız "Qarabağ"ın təcrübəli kapitanı Rəşad Sadıqovun rəhbərliyi altına hazırlıqlara start verir. 

Futbol11.az xəbər verir ki, millimizin sabiq kapitanı komandasını komplektləşdirmək, futbolçulara bələd olmaq üçün yaxın günlərdə toplanış keçirəcək. Yığmamızın toplanışı yanvarın 10-dan 26-a dək Türkiyənin Antalya şəhərində reallaşacaq. 

Komandamız 16 günlük təlim-məşq xarakterli toplanış çərçivəsində 5 yoxlama oyunu keçirəcək. Yığmamızın rəqiblərinin adı hələlik tam bəlli olmasa da, 21 yaşlılardan ibarət milli komandalarla danışıqlar getdiyi dəqiqdir. 

Rəşad Sadıqov toplanışa dəvət etdiyi futbolçuların adlarını yaxın günlərdə açıqlayacaq. 

Qeyd edək ki, təcrübəli müdafiəçi ötən ay yığmamızın baş məşqçisi vəzifəsinə təyin olunub. 

Son redaktə Çərşənbə, 03 Yanvar 2018