wrapper

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rəşad Sadıqov Türkiyənin Antalya bölgəsində keçirəcəkləri təlim-məşq toplanışı üçün heyəti açıqlayıb. Futbol11.az saytının məlumatına görə, 36 yaşlı mütəxəssis hazırlıq prosesinə 26 oyunçu dəvət edib.

Onların arasında bir müddət əvvəl Azərbaycan millisindən imtina etmiş Ozan Can Kökcü də var. Hazırda Hollandiyanın "Valveyk" klubunda çıxış edən Kökcü yanvarın 9-da start götürəcək toplanışa qatılacaq. Digər legioner isə Ukrayna "Şaxtyor"undan dəvət edilmiş Murad Xaçayevdir. Xaçayev daha əvvəl Azərbaycanın U-19 yığmasına da dəvət alıb.   

Antalya toplanışında Kamran İbrahimov, Elnur Cəfərov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Sərtan Taşkın, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), İsmayıl İbrahimli, Aydın Bayramov (hər ikisi MOİK), Famil Camalov, Əskər Hüseynov (“Qarabağ”), Fəhmin Muradbəyli, Murtazəli Abakarov (hər ikisi “Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), İlyas Səfərzadə, Yusif Cəfərov (hər ikisi “Kəpəz”), Hacıağa Hacılı, Qismət Alıyev (“Qəbələ”), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Murad Xaçayev ("Şaxtyor", Donetsk, Ukrayna) iştirak edəcək.

Qeyd edək ki, Murad Xaçayev və Qismət Alıyev komandaya yanvarın 17-də qoşulacaq.

Son redaktə Cümə, 05 Yanvar 2018