wrapper

"Bir müddətlik istirahətdən sonra məşqlər çətin olur. Kifayət qədər istirahət etmişik. İndi isə mümkün qədər yüksək səviyyəli məşqlər keçməliyik ki, uğurlu nəticələr qazanaq". Futbol11.az xəbər verir ki, bu sözləri Moldova millisinin üzvü Aleksandr Dedov deyib.

Moldova millisi Cənubi Koreya və Azərbaycanla Antalyada keçiriləcək yörüşünə hazırlaşır. Hazırda "Milsami" klubunda çıxış edən 29 yaşlı hücumçu yeni baş məşqçi Aleksandr Spiridon barədə çox yaxşı təəssüratlarının formalaşdığını bildirib: "Baş məşqçimiz olduqca təcrübəli mütəxəssisdi. nÜmid edirəm ki, onun verdiyi tapşırıqları ən yaxşı şəkildə yerinə yetirəcəyik. Bu, bizi uğura doğru aparan yol olacaq".  

Dedov Cənubi Koreya və Azərbaycan milliləri barədə fikirlərini də bölüşüb: "Cənubi Koreya barədə geniş məlumata sahib deyiləm. Ancaq Azərbaycana qarşı oynamışıq. Yaxşı komandadı və təxminən bizimlə eyni səviyyədədi. Azərbaycana qarşı bərabər səviyyədə çıxış etməliyik. Düşünürəm ki, ən yaxşı nəticəni əldə etməliyik".

Son redaktə Şənbə, 20 Yanvar 2018