wrapper

"Milliyə dəvət aldığım üçün çox sevindim. Mənə şans vermək qərarına gələn məşqçilər korpusuna təşəkkür edirəm". Futbol11.az xəbər verir ki, bu sözləri Moldova millisinin üzvü Radu Roqak deyib. 

23 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında ilk dəfə milliyə dəvət almasından danışıb.  

Özbəkistanın "Dinamo" klubunda forma geyinən müdafiəçi bu ay Cənubi Koreya və Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşləri haqda fikirlərini bildirib. Gənc oyunçu əsas məqdsəinin özünü ən yaxşı tərəfdən göstərmək olduğunu bildirib: "Yeni baş məşqçinin ilk toplanışa məni dəvət etməsi sevindiricidi. Aleksandr Spiridon işini peşəkar səviyyədə görən insandı. Qarşıdakı yoxlama görüşlərindən çox şey gözləyirəm. Bu matçların mənim üçün önəmi bpyükdü. Axı indiyə qədər heç vaxt millinin formasını geyinməmişəm".   

Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Antalyada Cənubi Koreya, 30-da isə Azərbaycanla qarşılaşacaq.

Son redaktə Şənbə, 20 Yanvar 2018