wrapper

AFFA daha bir futbolçunu milliləşdirməyə yaxındı. Futbol11.az xəbər verir ki, söhbət Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edən Sercan Kayadan gedir.

Bu barədə hücumameyilli yarımmüdafiəçinin özü müsahibəsində deyib. 28 yaşlı oyunçunun sözlərinə görə, ona Azərbaycan millisində oynamaq təklif olunub və o, bunu qəbul etməyi düşünür: "Məni haradan tapdıqlarını bilmirəm. Anamın atası Azərbaycan əsillidir. Artıq yığmada oynamaqla bağlı təklif almışam və bunu qəbul etməyimi düşünürəm. Yaxın vaxtlarda məni milliyə dəvət edəcəklər".

Qeyd edək ki, Sercan Kaya karyerası ərzində "Bucaspor", "Trabzonspor", "1461 Trabzon" (icarə), "Rizəspor" klublarında da çıxış edib. O, 2008-ci ildə Türkiyənin U-20 millisinə də dəvət alıb.

Son redaktə Çərşənbə axşamı, 14 Mart 2017