wrapper

Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un yarımmüdafiəçisi Sərcan Kayanın millimizdən təklif alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gəlib.

Futbol11.az xəbər verir ki, AFFA adıçəkilən futbolçu ilə maraqlanmır. Bunu saytımıza açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib. Qurum rəsmisinin sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. 

Qeyd edək ki, futbolçunun özü müsahibəsində Azərbaycan millisindən təklif aldığını və bunu qəbul etməyi düşündüyünü bildirib: “Məni haradan tapdıqlarını bilmirəm. Anamın atası Azərbaycan əsillidir. Artıq yığmada oynamaqla bağlı təklif almışam və bunu qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda məni milliyə dəvət edəcəklər”. 

Qeyd edək ki, Sercan Kaya karyerası ərzində "Bucaspor", "Trabzonspor", "1461 Trabzon" (icarə), "Rizəspor" klublarında da çıxış edib. O, 2008-ci ildə Türkiyənin U-20 millisinə də dəvət alıb.

Son redaktə Çərşənbə axşamı, 14 Mart 2017