wrapper

Türkiyə mətbuatı “Adana Dəmirspor”un futbolçusu Sərcan Kayanın millimizdən təklif adığını iddia etsə də, AFFA rəsmiləri bunu təkzib edib.

Futbol11.az saytı olaraq məsələni dəqiqləşdirmək üçün futbolçunun özü ilə əlaqə saxladıq. O, saytımıza verdiyi açıqlamada AFFA-dan 3 il öncə təklif aldığını deyib.

Futbolçunun dediklərinə inansaq, hazırda AFFA ilə danışıqlar aparmır: “Bəli, xəbərim var ki, mənim Azərbaycan millisindən təklif aldığımla bağlı yeni xəbərlər çıxıb. Mən 3 il öncə, “Rizəspor”da oynadığım zaman AFFA-dan təklif almışdım. Hazırda o məsələ ilə bağlı hər-hansı bir yenilik yoxdur”.

Qeyd edək ki, Sərcan Kaya 2008-ci ildə Türkiyənin 20 yaşlılardan ibarət komandasında debüt edib.

Çingiz ABASOV

Son redaktə Çərşənbə axşamı, 14 Mart 2017