wrapper

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki brifinq keçirib. Futbol11.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb: 

- Əvvəlcə Qətərlə matç barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bizim üçün vacib oyun idi. Almaniya ilə oyundan öncə qələbə bizə özünəinamı artırdı. Həmin oyunda legionerlərin xidmətindən yararlanmadım. Həmçinin yeni oyunçulara da şərh etdim.

- Oyun təcrübəsindən əziyyət çəkən futbolçuların milliyə dəvət edilməsi birmənalı qarşııanmadı...

- Millinin baş məşqçisi mənəm və qərarları mən qəbul edirəm. Bu, mənim şəxsi fikrimdir.

- Almaniya ilə oyunda qapıda kimə şans verəcəksiniz? Kamran Ağayev son toplanışa dəvət olunmadı. Amma bilirik ki, ona inamınız var.

- Sizinlə tamamı ilə razıyam. Bizdə qapıçı problemi var. Kamran "Boavişta"da artıq əsas heyət üzvü deyil. Əvəzində Səlahət Ağayev Qətərlə oyunda inamlı çıxış etdi. Təəssüf ki, matçın sonlarında zədələndi. Amma onu deyim ki, Kamran bir nömrədir.

- Qətərlə oyundan öncə Riçard Almeydanın bir günlük təlim-məşq toplanışına dəvət olunması nəyə hesablanmışdı?

- Bəlli olduğu kimi, Almeyda Almaniya ilə matçda olmayacaq. Buna görə də, oynaya biləcək futbolçulara şans verdik. Risk edə bilməzdim.

- Millini Almaniya ilə matça kökləmək çətin olmayacaq ki?

- Almaniya ilə oyun bizim üçün asan olacaq. Çünki qrupun ən güclüsüdür. Buna görə də komandamızın üzərində təzyiq yoxdu. Növbəti oyunlar daha çətin keçəcək.

Son redaktə Çərşənbə, 15 Mart 2017