wrapper

“Almaniya ilə oyunda stadion tam olaraq dolu olacaq, möhtəşəm atmosfer yaranacaq”. Futbol11.az xəbər verir ki, bu sözləır Azərbaycan millisinin üzvü Dmitri Nazarov deyib. 

II Buindesliqada çıxış edən “Aue” klubunda forma geyinən futbolu Almaniya mətbuatına açıqlama verib.

Təcrübəli yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində millimizin Almaniya ilə keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb. O, Almaniya ilə oyunun çətin keçəcəyini bildirib: “Yoahim Löv dünyanın ən güclü milli komandalarından birinə rəhbərlik edir. Rəqibinin heyətində Tomas Müller, Manuel Noyer və Toni Kroos kimi oyunçular var. Kroos meydanın mərkəzində özünü rahat aparır, o, bir sehrbazdı. Müller isə hər an səni cəzalandıra bilər. Bizim üçün asan olmayacaq. Futbolda hər şey mümkündü. Robert Prosineçkinin mənə bu oyunda şans verəcəyinə ümid edirəm. Onunla daim əlaqə saxlayıram”.

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol11.az

Son redaktə Cümə, 17 Mart 2017