wrapper

Almaniyanın "Ayntraxt" klubunda çıxış edən Renat Dadaşov əsas millimizdə debüt etməyə çox yaxındı. Futbol11.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki ona DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya oyun üçün dəvət göndərib.

Bu barədə məlumatı Frankfurt təmsilçisinin rəsmi saytı yayıb. Onun martın 19-da Bakıya gələcəyi bildirilir.

Qeyd edək ki, Dadaşov bir müddət əvvəl Azərbaycan millisində çıxış etməklə bağlı AFFA-ya müraciət edib, assosiasiyadan müsbət cavab almışdı.

Son redaktə Cümə, 17 Mart 2017