wrapper

“Dünya çempionatına vəsiqəni bacardığımız qədər tez təmin etməliyik”. Futbol11.az xəbər verir ki, bu sözlər Almaniya millisinin baş məçqçisi Yoahim Lövə məxsusdur.

Yerli mətbuata açıqlama verən çalışdırıcı martın 22-də İngiltərə ilə yoldaşlıq, martın 26-da isə Azərbaycanla keçirəcəkləri seçmə mərhələ oyunları haqda danışıb.

Löv bildirib ki, Azərbaycanı məğlub etmək istəyirlər: “Düzgün yoldayıq. Deməzdim ki, Azərbaycanla oyun bizim üçün asan olacaq. Azərbaycan öz meydanında Norveçi məğlub etməyi bacarıb. Bu, bizim üçün xəbərdarlıqdı. Amma öz futbolçularıma inanıram. 90 dəqiqə ərzində düzgün qərarlar qəbul edə bilirlər. Meydana çıxırıqsa, sona qədər mübarizə aparırıq”.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da keçiriləcək.

 

Futbol11.az