wrapper

Millimizə yenə cəlb edilən Renat Dadaşovun çıxış etdiyi "Ayntraxt"ın U-19 komandası Almaniya Cənub Gənclər Bundesliqasının XXII tura çərçivəsində "Hoffenhaym”ı qəbul edib.

Futbol11.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açsa da, Renat Dadaşov 76-cı dəqiqədə komandasına 1 xal qazandıran qolun müəllifi olub. 

Qeyd edək ki, “Ayntraxt U-19” hazırda aktivindəki 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Xatıarladaq ki, Dadaşov ötən tur "het-trik"lə yadda qalmışdı.

Son redaktə Şənbə, 18 Mart 2017