wrapper

Millimizin futbolçusu Ramil Şeydayev Slovakiya çempionatında növbəti oyununu keçirib. Futbol11.az xəbər verir ki, gənc futbolçu XXIV turun “Jilina” – “Rujomberok” qarşılaşmasında iştirak edib.

Hücumçu oyunun 74-cü dəqiqəsində meydana çıxıb. Hesab 2:0 olarkən komanda yoldaşı Mrazı əvəzləyən Ramil daha iki qol görüb. Təmsilçimizin komandası ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1.

Qeyd edək ki, “Jilina” 22 oyundan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb.

Futbol11.az 

Son redaktə Şənbə, 18 Mart 2017