wrapper

Almaniya millisi ciddi itki ilə üzləşib. Futbol11.az xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv İngiltərə yığması ilə yoldaşlıq görüşündə və DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə oyunda "Arsenal"ın futbolçusu Məsut Özilin ximdmətindən istifadə etməyə bilər. 

Buna təcrübəli futbolçunun zədələnməsi səbəb olub. "Topçular"ın baş məşqçisi Arsen Venger bildirib ki, futbolçu komandanın son məşqlərinin birində zədə alıb. Ancaq yarımmüdafiəçinin yığmadan kənarda qalıb-qalmayacağı yaxın günlərdə, tibbi müayinədən sonra bəlli olacaq. 

Qeyd edək ki, Azərbaycan – Almaniya qarşılaşması martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Son redaktə Bazar, 19 Mart 2017