wrapper

Türkiyə Superliqasında XXV turun oyunları keçirilir. Futbol11.az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubu doğma meydan matçına çıxıb.

Bursa təmsilçisi öz meydanında “Alanyaspor”u qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb – 1:3. “Bursaspor”un matçdakı yeganə qolunu yığmamızın forvardı penaltidən vurub.

Qeyd edək ki, “Bursaspor” XXV turdan sonra 32 xalla turnir cədvəlində 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Futbol11.az 

Son redaktə Bazar, 19 Mart 2017