wrapper

Almaniyanın "Aue" klubu 2-ci Bundesliqanın yeni mövsümünə hazırlığını davam etdirir. Futbol11.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu kollektiv Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ötən gün növbəti yoxlama matçına çıxıb. 

"Bənövşəyilər" Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan "Maqdeburq"la qarşılaşıb. Oyun "Aue"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bir neçə gün öncə zədələnən və komandasının Avstriyadakı təlim-məşq toplanışını tərk edərək Almaniyaya qayıdan Nazarov da artıq sıraya dönüb. O, "Maqdeburq"la qarşılaşmanın da iştirakçısı olub. Baş məşqçi millimizin üzvünü 46-cı dəqiqədə meydana buraxıb.

Son redaktə Bazar ertəsi, 17 İyul 2017