wrapper

Millimizin hücumçusu Renat Dadaşov Almaniyanın "Anytraxt" klubunun heyətində növbəti matçına çıxıb.

Futbol11.az xəbər verir ki, milimizin üzvü Gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında "Hoffenhaym"la səfər matçının iştirakçısı olub. 1-ci turdan təxirə salınmış oyunda Frankfurt təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının yeganə qolunun müəllifi də Renat olub. Belə ki, 28-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası sonradan 3 top buraxmaqla meydanı məğlub tərk edib.

Qeyd edək ki, "Ayntraxt" hazırda 3 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.