wrapper

21 yaşadək futbolçulardan ibarət milli komandamızın AVRO-2019-un seçmə mərhələsindəki ilk oyununun hakimləri bəlli olub. Futbol11.az xəbər verir ki, avqustun 31-də İsraillə səfərdə keçiriləcək görüşü rumıniyalı hakimlər briqadasına tapşırılıb.

Akko şəhərində keçiriləcək görüşü Katalin Qaman idarə edəcək. Ona həmyerliləri Mirça Qriqoriu və Marius Nikoara köməkçi-hakim olacaq. Matçın dördüncü hakimi funksiyasını isə Katalin Popa yerinə yetirəcək.

Qeyd edək ki, Akkodakı görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son redaktə Bazar ertəsi, 28 Avqust 2017