wrapper

Azərbaycan millisinin üzvü Eddi İsrafilov klubunu dəyişib. Futbolo11.az xəbər verir ki, İspaniyanın "Kadis" klubundan azad agent kimi ayrılan futbolçu digər Sequnda təmsilçisi "Ximnastik"ə keçib. Yarımmüdafiəçi yei klubu ilə 3 illik müqavilə imzalayıb.

"AS" qəzetinin yaydığı xəbərə görə, Tarraqona təmsilçisinin 25 yaşlı futbolçunun müqaviləsinə bənd artırıb. Belə ki, klub istənilən zaman futbolçunun müqaviləsinə xitam verə biləcək. Şərtə görə, Eddi özünü yaxşı göstərə bilməsə və intizamsızlıq etsə klubdan qovulacaq.

Qeyd edək ki, Eddi "Kadis"lə ötən ilin yayında müqavilə bağlamışdı. Millimizin üzvü "Real Mursiya", "Qranada", "Eybar" və "Kordoba" klublarında da top qovub. 

Son redaktə Çərşənbə axşamı, 29 Avqust 2017