wrapper

Sentyabrın 1-də millimiz dünya çempionatının seçmə oyunu (DÇSO) çərçivəsində səfərdə Norveçin qonağı olacaq. Futbol11.az xəbər verir ki, geridə qalan 6 tur ərzində Azərbaycan 2 qələbə, 1 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb. Maraqlıdı ki, nəticələr də məhz yuxarıda qeyd etdiyimiz müvafiq ardıcıllıqla qeydə alınıb. Əgər təmsilçimiz səfərdə skandinavlara yenilməsə 3 oyunluq məğlubiyyət seriyasına son qoya bilər. Görüş baş məşqçi Robert Prosineçkinin yığmamızın “sükanı arxasında” 20-ci qarşılaşması olacaq. O daha əvvəl 5 qələbə, 6 heç-heçə, 8 məğlubiyyətlə yadda qalıb. Vurulan 15 qolun müqabilində qapıçılarımız 25 dəfə topu tordan çıxarıblar.

Buna baxmayaraq, xorvatiyalı mütəxəssis Norveçə qarşı necə oynamaq lazım olduğunu bilir. Məhz onun sayəsində təmsilçimiz “vikinqlər”lə görüşlərdə 3 oyunluq məğlubiyyət, 4 oyunluq qolsuzluq seriyasına son qoya bildi:

02.06.1996. Norveç 5:0 Azərbaycan (DÇSO-1998)
06.09.1997. Azərbaycan 0:1 Norveç (DÇSO-1998)

16.11.2014. Azərbaycan 0:1 Norveç (AÇSO-2016)

12.06.2015. Norveç 0:0 Azərbaycan (AÇSO-2016)

08.10.2016. Azərbaycan 1:0 Norveç (DÇSO-2018)

Həmçinin, bu görüş yığmamızın 1 sentyabr tarixində 2-ci qarşılaşması olacaq. Təmsilçimiz ilk dəfə bu tarixdə 23 il əvvəl meydana çıxıb. Səfərdə Moldovanın qonağı olan millimiz rəqibinə 1:2 hesabı ilə yenilmişdi.