wrapper

DÇ-2018-in seçmə mərhələsində  sabah Norveçlə qarşılaşacaq yığmamızın start heyəti bəlli olub.

Futbol11.az xəbər verir ki, bu barədə oyundan öncəki mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki açıqlama verib.

Xorvatiyalı mütəxəsis bildirib ki, bundan öncəki Şimali İrlandiya ilə oyundakı start heyətində cəmi iki dəyişiklik edəcək. Belə ki, Əfran İsmayılov və Ramil Şeydayevin əvəzində “ilk 11-lik”də Namiq Ələsgərov və Mahir Mədətov meydana çıxacaq: Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Rəşad Sadıqov, Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Namiq Ələskərov, Mahir Mədətov, Dmitri Nazarov. 

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Futbol11.az 

Son redaktə Cümə axşamı, 31 Avqust 2017