wrapper

"Son oyunda hazırlıq vaxtı çox olmuşdu. Bu gün isə təəssüf ki, 3 gün birgə məşq etdik. Buna baxmayaraq, hazırlıq yaxşı keçib. Son 2 oyunda heç-heçə və qələbəyə nail olmuşuq". Futbol11.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Norveç yığması ilə Osloda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

Xorvatiyalı çalışdırıcı oyunun çətin keçəcəyini bildirib: "Hazırda rəqibin yeni baş məşqçisi var. Norveç bizdən revanş almağa çalışacaq. Çexiyaya qarşı son ev oyunlarını yaxşı keçiriblər. Rəqib oyun üslubunu dəyişib. İndi daha çox təzyiq etməyə çalışırlar. Buna baxmayaraq, oyuna hazırıq". 

- Rəqiblə müqayisədə siz öz komandanızda hansı dəyişiklikləri edəcəksiniz?

- Əgər sabah biz Şomali İrlandiyaya qarşı Bakıda göstərdiyimiz oyunu oynasaq çox yaxşı olacaq. Həmin oyunu çox yaxşı oynamışdıq, amma təəssüf ki, 90 dəqiqə ərzində cəmi 1 epizodu oldu onu da qola çevirdi. Çətin olsa da mən öz komandama inanıram və ümid edirəm ki, sabahkı oyundan 1 xal götürə biləcəyik.

- Namiq burda əyləşibsə, deməli sabah start heyətində oynayacaq. Onu hansı xüsusiyyətinə görə Norveçə qarşı oynadacaqsınız?

- Namiqin burda əyləşməsi o demək deyil ki, o, sabah start heyətində oynayaca. Sadəcə, istədim ki,mətbuat konfransına yeni futbolçular gəlsin və bu da yeni təcrübədir. Ümumilikdə isə Namiq çox yaxşı futbolçudur vəmən milliyə gələndən burda oynayır. Şimali İrlandiya ilə son oyunda da yaxşı oynamışdı. Sürəti var, birə-bir mübarizələrdə çox yaxşı təsir bağışlayır. Həm siz Bədavi haqda niyə mənə eyni sualı vermirsiniz?

- Çünki Bədavi daim əsas heyətdə oynayır.

- Ona görə oynayır ki, onun alternativi yoxdur.

- Üçüncü dəfədir Renat Dadaşovu milliyə çağırırsınız, amma şans vermirsiniz. Hansı ki, bir dəfə şans qazansa tamamilə Azərbaycan millisinə məxsus futbolçu olacaq...

- Renat çox istedadlı futbolçudur və Azərbaycan futbolunun gələcəyidir. Amma unutmayaq ki, o, Almaniyada 19 yaşlı futbolçuların komandasında oynayır. Ona da şans veriləcək və ümid edirəm ki, o da bu şansdan istifadə edəcək. Tək Renat yox, Ramil Şeydayev və Mahir Mədətovun da adlarını çəkə bilərəm. Həm də ümid edirəm ki, Renat “Ayntraxt”ın əsas komandasında da oynamaq imkanı qazanacaq. Həm bu dəqiqə mənim bütün fikrim Norveçlə oyuna yönəlib. Nəinki kiməsə 5 dəqiqə şans verməyə.

- Ənənəvi olaraq, yenə start heyətini açıqlayacaqsınız?

- Mən həmişə bunu edirəm. Sabahkı oyunda Şimali İrlandiyaya qarşı oynamışq heyət oynayacaq. Yalnız iki dəyişiklik olacaq: Ramil Şeydayev və Əfran İsmayılovun yerinə Mahir Mədətovla Namiq Ələsgərova şans verəcəm.

- Ramil Şeydayev və Emin Mahmudov klublarından ayrıldılar. Kamran Ağayev yeni klubunda uğursuz debüt elədi. Sabahkı oyunda onların psixoloji hazırlığı qaydasında olacaq?

- Hardasa təsir edəcək. Ramil “Jilina”nın əvəzedici komandasında oynasa potensialı olan futbolçudur və ona inanmaq lazımdır. Tək ona yox, digər gənc futbolçularımıza da. Sabah biz Mahirlə Namiqi inanaraq əsas heyətdə oyuna buraxacağıq. Çünki hər ikisi sürətlidir və bu üstünlüklərindən istifadə etmək istəyirik. Təəssüf ki, Ağabala zədədən sonra tam özünə gəlməyib. İstənlən halda, psixoloji cəhətdən problem olmayacaq.

Son redaktə Cümə axşamı, 31 Avqust 2017