wrapper

"Məşqçimiz də qeyd edib ki, Norveç millisi hazırda çox yaxşı vəziyyətdədir. Ancaq biz də Azərbaycana yaxşı nəticəylə qayıtmaq üçün əlimizdən gələni etməyə çalışacağıq". Futbol11.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Namiq Ələsgərov deyib.

Yığmamız DÇ-2108-in seçmə mərhələsində səfərdə Norveç yığmasının qonağı olacaq.

Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən yarımmüdafiəçi fikirləini bildirib: "Norveçin son oyunlarına, o cümlədən Çexiya ilə görüşünə baxmışıq. Rəqib son vaxtlar xeyli inkişaf edib, ona görə də bizi çətin səfər qarşılaşması gözləyir".

Qeyd edək ki, Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Futbol11.az 

Son redaktə Cümə axşamı, 31 Avqust 2017