wrapper

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. Futbol11.az xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma baş tutub.

Azərbaycan millisi Norveç yığması ilə qarşılıb. Komandamız səfər oyununu Skandinaviyada keçirib. Bu oyuna qədər ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxa bilməyərək seriyanı 4-ə çatdırıb.

Yığmamız ilk oyunda Bakıda məğlub etdiyi rəqibinə 0:2 hesabı ilə uduzub. Bədavi Hüseynovun kobudluğu ilə penalti vurmaq şansı qazanana evsahibləri 32-ci dəqiqədə hesabı açıblar. Zərərçəkmiş Kinq dəqiq oynayıb. İkinci hissədə isə Rəşad Sadıqov qapıları səhv salıb. Kapitan 59-cu dəqiqədə oyunda son nöqtəni qoyub.

 

DÇ-2018-in seçmə mərhələsi

1 sentyabr

22:45. Norveç – Azərbaycan - 2:0

Coşua Kinq, 32 (p), Rəşad Sadıqov, 59 (ö.q)

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marçin Bonek, David Qolis

Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)

Hakim-inspektor: Con Peter (İngiltərə)

Komissar: Nikolae Kamelia (Rumıniya)

Oslo. “Ulleval” stadionu

Norveç: 1. Runye Yarsteyn, 2. Haytem Alesami, 3. Yorgen Skyelvik, 6. Havard Nordveyt, 7. Coşua Kinq, 8. Stefan Yohansen, 9. Aloeksandr Sorlot, 11. Muhammed Elyunisi, 15. Sander Berge, 16. Yonas Svensson, 20. Mots Moller Daehli

Ehtiyat oyunçular: 12. Sten Qrtebust, 22. Andre Hansen, 4. Siqurd Rosterd, 5. Qustav Valsvik, 10. Tarik Elyunisi, 13. Anders Trondsen, 14. Omar Elabdellaoui, 17. Martin Linnes, 19. Byörn Consen, 21. Birger Melinq, 23. Co İnge Berget

Baş məşqçi: Lars Laqerberk

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov

Baş məşqçi: Robert Prosineçki

Son redaktə Şənbə, 02 Sentyabr 2017