wrapper

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində Norveç yığmasıyla səfər oyununu azlıqda bitirməli olub.

Futbol11.az xəbər verir ki, buna səbəb mərkəz müdafiəçisi Bədavi Hüseynovun 90-cı dəqiqədə ikinci sarı, ardından qırmızı vərəqə alara qmeydandan çıxarılması olub. Bədavi ilk "sarı"nı 31-ci dəqiqədə penalti edərkən alıb.

Hüseynovun cəzalı duruma düşməsi növbəti rəsmi oyunu buraxması deməkdi. Bu isə sentyabrın 4-də qrupun autsayderi olan San-Marino yığmasıyla "Bakcell Arena"dakı ev qarşılaşmasıdı.

Yeri gəlmişkən, həmin matçı "Qarabağ"ın digər müdafiəçisi Maksim Medvedev və "Aue"də çıxış edən Dimitri Nazarov da buraxmalı olacaq. Çünki hər iki oyunçunun az öncə başa çatan matçda aldığı "sarı" cari seçmə mərhələdə 2-ci olub ki, bu da cəzalı duruma düşməsi deməkdi. 

Son redaktə Şənbə, 02 Sentyabr 2017