wrapper

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında 8-ci turun oyunları keçirilib. 

Futbol11.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi də növbəti matçına çıxıb. Komandamız doğma meydanda San Marino ilə qarşılaşıb. Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq isəyindəydi. Millimiz səfərdə minimal hesabla məğlub etdiyi rəqibə Bakıda da qalib gəlməyi hədəfləmişdi.

Komandamız cırtdan ölkə təmsilçisi üzərində qələbə qazanacağı halda tarixinin rekorduna imza atacaqdı. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamamışdı. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca dörd dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaqdı. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcəkdi. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməmişdi. Hesabında artıq 2 qələbə olan yığmamız evdəki mümkün uğur sayəsində birdən birə 3-cü sıraya yüksəlmək şansı qazanacaqdı. Belə ki, bizimlə eyni xala malik olan Norveç yığması qrup lideri Almaniya ilə, üçüncü pillənin hazırkı sahibi Çexiya isə ikincilik üçün savaşan Şimali İrlandiya ilə qarşılaşdığından bu irəliləyişin reallaşması ehtimalı mümkün idi.

Gözlənildiyi kimi, millimiz bu rəqibi üzərində inamlı qələbə qazanıb. Nəticədə,  komandamız yuxarıda sadaladığımız bir çox ilklərə imza atmağa nail olub.

4 sentyabr

DÇ-2018 seçmə mərhələsi

8-ci tur

C qrupu

 

20:00 Azərbaycan – San Marino 5:1

Qol: Əfran İsmayılov, 20; 54. Araz Abdullayev, 24. Miçel Cevoni, 71. Rəşad Sadıqov, 81  - M. Palsi, 73.

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milutin Dyukiç, Yoviça Tatar

Dördüncü hakim: Pavle Radovanoviç (Hakimlər Monteneqrodandır)

Hakim-inspektor: Kay Osterqaard (Danimarka)

Komissar: Olyas Abrayev (Qazaxıstan)

Bakı. 8-ci km stadionu

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov (Kapitan), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov.

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namiq Ələsgərov, 10 Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Ağabala Ramazanov

Baş məşqçi: Robert Prosineçki

San Marino: 1. Aldo Simonçini (Kapitan),  2. Davide Çezarini, 3. Andrea Qrandoni, 4. Miçele Sevoli, 6. Mirko Palatsi, 7. Aleks Qasperoni, 11. Alessandro Qolinuççi, 13. Alessandro Dela Valle, 14.  Miçele Servelinni, 16. Danilo Rinaldi, 17. Fabio Tomassini

Ehtiyat oyunçular: 12. Ciakomo Muraççini, 23. Mattia Manzaroli, 5. Fabio Vitaioli, 8. Miçel Battistini, 9. Mattia Stefanelli, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi, 19. Luka Tosi, 20. Joze Hirş

Baş məşqçi: Pyerancelo Mantsarolli

 

N Komanda O Q H    M    T/F      X

1 Almaniya    7 7 0 0 29-2   21

2 Şimali İrlandiya 7 5 1 1 14-2   16

3 Çexiya        7 2 3 2 10-7   9

4 Norveç         7 2 1 4 8-10   7

5 Azərbaycan 7 2 1 4 3-11   7

6 San Marino 7 0 0 7 1-33   0

 

Son redaktə Bazar ertəsi, 04 Sentyabr 2017