wrapper

Tbilisidə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. Futbol11.az xəbər verir ki, təmsilçimiz bu matçda məğlub olub.

Oyun meydan sahibi komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin hər iki qolunu Samir Qasımov vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sentyabrın 27-də keçiriləcək.

 

 

Son redaktə Çərşənbə axşamı, 26 Sentyabr 2017