wrapper

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti matçını keçirəcək. Futbol11.az xəbər verir ki, Çexiyanı qəbul edəcək yığmamız bununla da cari tsikldə sonuncu ev oyununa çıxacaq.

Rəqib isə əsas milli komandalar səviyyəsində nəinki heç vaxt məğlub olmadığımız, hətta qol buraxmadığımız Çexiyadı. Slavyanlarla ilk görüşümüz 2009-cu ilin noyabrında baş tutub. Dubay toplanışında qarşılaşan rəqiblərin duelində təmsilçimiz Vaqif Cavadov və Ruslan Abışovun başla vurduğu qollarla rəqibini 2:0 hesabı ilə üstələmişdi. Tərəflərin növbəti dueli isə bir də 7 il sonra – 2016-cı ilin oktyabrına təsadüf edir. Ostrava şəhərində keçirilən oyunda millimiz səfərdən xalla qayıtmağı bacarmışdı – 0:0. Çexiya milli səviyyəsində şəxsi oyunlarda üstün olduğumuz tək-tük yığmalardan olsa da, bu ölkənin klubları avrokuboklarda təmsilçilərmizə əməll-başlı qənim kəsilib. İndiyə kimi avrokuboklarda klublarımız bu ölkə təmsilçilərinə qarşı keçirdiyi 10 oyunda qələbəyə həsrətdi.

1997/98. “Yablonets” 5:0, 3:0 “Qarabağ” (UEFA Kuboku – UK)

2000/01. “Slaviya” 1:0, 4:1 “Şəmkir” (Çempionlar Liqası)
2006/07. “Karvan” 0:2, 0:0 “Slaviya” (UK)

2016/17. “Viktoriya” 0:0, 1:1  “Qarabağ” (ÇL)
2016/17. “Qarabağ” 2:2, 0:3 “Slovan” (Avropa Liqası)

 

Matç millimizin baş məşqçisi Robert Prosineçkinin millimizdə 22-ci sınağı olacaq. Bu qarşılaşmalarda xorvatiyalı çalışdırıcının komandası  6 qələbə, 6 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb. Elə top fərqində də rəqiblərin üstünlüyü var – 20:30.

Son redaktə Cümə axşamı, 05 Oktyabr 2017