wrapper

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz öz meydanında Çexiyanı qəbul edir. Futbol11.az xəbər verir ki, matçdan əvvəl yığmamızın kapitanı Rəşad Sadıqov mükafatlandırlıb.

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyətində sonuncu, sayca 111-ci oyununa çıxan kapitan müdafiəçiyə xatirə hədiyyəsi verib.

Assosiasiya rəhbəri start fitindən əvvəl yığmanın üzərində 111 yazılmış formasını təqdim edib.

Son redaktə Cümə axşamı, 05 Oktyabr 2017