wrapper

"Oyunumuzun pis alındığını deməzdim. Amma qələbə qazansaq da, səhvlərimiz oldu". Futbol11.az xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan çexlər 2:1 hesablı qələbə qazanıblar. Matçdan sonra mətbuat konfransı keçirən Yarolim qalibiyyəti şərh edib: “Rəqibin gücünü xüsusilə ikinci hissədə hiss etdik. Azərbaycan yığmasının müdafiə xəttinin daha inamlı olduğunu dünən demişdim və bunu futbolçularıma bildirmişdim”.

 

- Millidə gələcəkdə dəyişikliklər gözlənilir?

- Komandamızda çox dəyişikliklər olub. Bu gün demək olar, Ostravadakı ilk  görüşdəki heyət çıxış edirdi. Son oyunlarımızda yalnız zədələrlə bağlı bəzi dəyişikliklər olub. Gələcəkdə yeni futbolçular da dəvət oluna bilər.

- Azərbaycan millisini məğlub edən ilk çex məşqçi olduz...

- Bu, ilk dəfə olub? (Jurnalistlərdən təsdiq cavabı aldıqdan sonra sözünə davam edir) Bu barədə düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.

- Komanda əldə etdiyi fürsətləri dəyərləndirə bilmir. Bunun səbəbi nədi?

- Bu problemi aradan qaldıramağa çalışırıq. Ostravadakı oyunla müqayisədə fürsətləri daha yaxşı dəyərləndirdik. Fikrimcə, oyundan-oyuna daha yaxşı çıxış edirik.

- Yəqin xəbəriniz var, Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubunda çıxış edir. Ümumiyyətlə onun çıxışını necə dəyərləndirirsiz? Sizcə, o, milliyə layiq qapıçıdı? 

-  Layiq olub-olmaması barədə danışmaq istəməzdim. Çünki Azərbaycan millisinin baş məşqçisi var və buna o qərar verir. Onu yalnız millinin oyunlarında görmüşəm. “Mlada”da yalnız ilk oyunundan xəbərim var idi. Bildiyim qədər ilə həmin oyuna yaxşı təsir bağışlamamışdı.

Son redaktə Cümə axşamı, 05 Oktyabr 2017