wrapper

Türkiyə Superliqasında mübarizə aparan “Trabzonspor” klubu əsas heyətə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayevi PTT I Liqası təmsilçisi “Samsunspor”a icarəyə vermək istəsə də, bu, baş tutmayacaq.

Futbol11.az xəbər verir ki, bu barədə məlumatı “Samsunspor”un baş məşqçisi Osman Özköylü verib. O, Ramildən imtina etmələrini belə izah edib: “Trabzonspor”dan Yusuf Yazıcını icarəyə götürmək istəsək də, razı olmadılar. Əvəzində isə Serge Akakpo və Ramil Şeydayev bizə təklif edildi. Akakpo müdafiəçi olduğu üçün qəbul etmədik. Çünki bu mövqedə oynaya bilən bir neçə futbolçumuz var. Bundan başqa, müdafiə xəttində yerli futbolçulara güvənmək istəyirik. Ramili isə kifayət qədər təcrübəsi olduğu üçün istəmədik. Belə risk edə bilməzdik”.

Qeyd edək ki, Şeydayev mövsüm əvvəlində “Zenit”dən “Trabzonspor”a transfer olunub. O, Qara dəniz təmsilçisinin heyətində çıxdığı 3 matçda 1 dəfə fərqlənməyə nail olub.

Futbol11.az 

Son redaktə Şənbə, 07 Yanvar 2017