wrapper

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son oyununa çıxıb. 

Futbol11.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Almaniya ilə qarşılaşıb. Meydan sahibləri aşkar favorit olduğundan Kayzerslauterndən xalla dönmək millimiz üçün möcüzə olardı.

Azərbaycan yığması 9 tur ərzində 10 xal yığmış və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enmişdi. Dünya çempionatının final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Bundestim isə seçmə mərhələdə xal itirməyən 2 komandadan biri idi.

İlk yarıda kiçik gözlənilməzlik reallaşdı. Hesabı erkən açan almanlar fasiləyə kimi hesabın bərabərləşməsinə mane ola bilmədilər. Bundestimə qol vurmağı adətə çevirən yığmamızdan bu dəfə Ramil Şeydayev fərqləndi. O, fərdi bacarığı hesabına rəqibin müdafiə xəttini darmadağın etdi.

Lakin fasilədən sonra almanlar qollar vurmağa başladılar və növbəti darmadağınımız rəsmiləşdi.

DÇ-2018, seçmə mərhələ, X tur

8 oktyabr

C qrupu

22:45. Almaniya - Azərbaycan - 5:1 

Qollar: Qoretska, 9, 66,  Vaqner, 55, Rudiger, 64, Can, 81 // Ramil Şeydayev, 34

Baş hakim: Andris Treimanis

Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs

Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)

Kayzerslaytern. “Fritz Valter Stadion

Almaniya: 12. Bernd Leno, 2. Şkodran Mustafi, 6. Niklas Şüle, 9. Sandro Vaqner, 10. Lars Ştindl, 13. Tomas Müller (k), 14. Əmrə Can, 18. Coşua Kimmix, 19. Leon Qoretska, 20. Yulian Brandt, 23. Leroy Sane

Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 3. Marvin Plattenhardt, 4. Mattias Ginter, 5. Mats Hummels, 15. Amin Yunes, 16. Antonio Rudiger, 17. Jerom Boatenq, 21. Sebastyan Rudi
Baş məşqçi: Yoahim Löv

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki

Son redaktə Bazar ertəsi, 09 Oktyabr 2017