wrapper

DÇ-2018-in seçmə mərhələsində millimizlə matçda (5:1) dubl edən Leon Qoretska açıqlama verib. Futbol11.az xəbər verir ki, "Şalke"nin yarımmüdafiəçisi qələbəni şərh edib:

"Gözəl qələbə idi. Seçmə mərhələnin bütün görüşlərində qalib gəldik ki, bu, möhtəşəm nəticə sayılır. Biz müdafiədə etibarlı oynayan komandalara qarşı da qollar vurub, qalib gəldik. Hər oyun ən azı 2-3 top vurduq. Bu qarşılaşmanın ikinci hissəsində yaxşı çıxış etdik".

 

Qeyd edək ki, 22 yaşlı hücumçu millidə meydana çıxdığı 12 matçda 6 dəfə fərqlənib.