wrapper

Azərbaycan yığması ilə oyunda zədələnən Şkodran Mustafinin zədəsi ciddidi. Futbol11.az xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv müdafiçinin bir müddət yaşıl meydanlardan kənar qala biləcəyini deyib:

“Mustafinin əzələ və ya əzələ lifində qopma var. Bu səbəbdən bir müddət oynamayacaq”

Qeyd edək ki, “Arsenal”ın müdafiəçisi oyunun 36-cı dəqiqəsində Ramil Şeydayevin fərqlənən zaman topsuz epizodda zədələnmişdi. 

Xatırladaq ki, matç 5:1 hesabı ilə almanların xeyrinə başa çatıb.

Son redaktə Bazar ertəsi, 09 Oktyabr 2017