wrapper

Bu gün Portuqaliya Premyer Liqasında XVI turun növbəti oyunları keçirilib.

Futbol11.az xəbər verir ki, millimizin üzvləri – Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta”  öz meydanında “Vitoria de Setubal”la qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 1:0.

Kamran Ağayev bu matça start heyətində başlayıb və sona qədər mübarizə aparıb. Emin isə sona qədər ehtiyat oyunçular skamiyasında oturub. 

Portu təmsilçisi bu qələbə sayəsində xallarının sayını 20-ə çatdırıb və turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

Futbol11.az 

Son redaktə Bazar ertəsi, 09 Yanvar 2017