wrapper

Xorvatiyalı baş məşqçi Robert Prosineçki Azərbaycan milli komandasında qalıb-qalmayacağını özü üçün müəyyənləşdirib. Futbol11.az saytının məlumatına görə, seçmə mərhələdə 5-ci yeri tutaraq qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyən xorvatiyalı mütəxəssis iş yerini dəyişəcək.

Bizdə olan məlumata görə, Prosineçki daha çox klubda işləmək istəyir və karyerasını vaxtilə çalışdığı Türkiyədə davam etdirməkdə maraqlıdır. 

Qeyd edək ki, Azərbaycan milli komandasında almaniyalı Berti Foqtsu əvəzləyən Robert Prosineçki daha çox futbolçu kimi məşhurdur. İspaniya nəhənglərində futbol oynamış Prosineçki məşqçi kimi Xorvatiya millisində baş məşqçi kimi isə “Srvena Zvezda”, “Kayserispor” kimi klublarda çalışıb. Prosineçki 2014-cü ildən Azərbaycan yığmasında çalışır.

Son redaktə Çərşənbə axşamı, 10 Oktyabr 2017