wrapper

Millimizdən ayrılacağı gözlənilən baş məşqçi Robert Prosineçkinin adı Bosniya və Hersoqovina yığması ilə çəkilir. Futbol11.az xəbər verir ki, bosniya və herseqovinalı məşqçi İvitsa Osim yerli mətbuata açıqlamasında bu variant haqqında danışıb.

Mütəxəssis Azərbaycan millisi ilə müqaviləsi başa çatan xorvatiyalı çalışdırıcının ölkəsinin yığmasında namizəd olmasını əla seçim sayıb: "Prosineçki böyük nəslin böyük futbolçularından biridir. O, Bosniya və Herseqovina üçün ən doğru seçim olar. Onu çox yüksək qiymətləndirirəm. Futbolçu vaxtından çox istedadlı idi. Robi güclüdür. O, bizə çox şey verə bilər. Fikrimcə, AÇ-2020-də oynamaq istəyiriksə, baş məşqçi seçimini Prosineçkidən yana etməliyik. Robi zəif Azərbaycan millisi ilə uğurlar qazanmışdı. Seçmə mərhələyə əla başladı. Lakin sonda bir az zəif oynadılar. Onun xarizması bizim komandaya lazımdır". 

Qeyd edək ki, Prosineçki 2014-cü ilin dekabrından yığmamızı çalışdırır. Onun müqaviləsi bu ilin sonunda başa çatacaq.

Son redaktə Cümə, 13 Oktyabr 2017