wrapper

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

Futbol11.az xəbər verir ki, yığmamiz yanvarın 12-də Almaniyanın FC “Rot Weis Erfurt”, 14-də isə Qazaxıstanın “Okjetpes” komandası ilə qarşılaşacaq.

Oyunlar, müvafiq olaraq, yerli vaxtla saat 15:00 və 17:00-da (Bakı vaxtı ilə saat 16:00 və saat 18:00) başlayacaq. 

Son redaktə Bazar ertəsi, 09 Yanvar 2017