wrapper

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 

Futbol11.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün ilk oyununu keçirib. yığmamız Litvaya 1:2 hesabı ilə uduzub.

Millimizin baş məşqçisi Təbriz Həsənov məğlub olduqları oyun haqda fikirlərini bildirib: “Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir. Biz bu gün rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq. Bu cür oyunda uduzmaq pis təsir edir. Amma futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür. Xeyli qol epizodu yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm”.