wrapper

Uzun müddətdi gedişi gözlənilən yığmamızın baş məşqçisi Robert Prosineçki nəhayət ki, postu ilə vidalaşdı. 2014-cü ilin dekabrında yığmamıza təyin olunan xorvatiyalı çalışdırıcı bu müddətdə bir çox nəticələri ilə yadda qaldı. O, çalışdığı 3 il ərzində millimizi 24 oyuna çıxardı və bu müddətdə bizim üçün bəzi rekord və ilk sayılacaq nəticələrlə yadda qaldı.

* Rəsmi oyunlarda debüt matçında qələbə qazanan ilk məşqçi

* Seçmə mərhələyə qələbə ilə start verən ilk məşqçi

* Dünya çempionatlarının seçmə oyunlarında səfərdə qələbə qazanan ilk məşqçi

* Bir seçmə mərhələdə ən çox xal toplayan məşqçi
* Bir seçmə mərhələdə ən çox (3) qələbə qazanan məşqçi
* Bir seçmə mərhələdə rəqibini hər iki oyunda üstələyən yeganə məşqçi

Bundan başqa, Prosineçkinin dövründə millimiz ilk dəfə tarixi ərzində hansısa komandaya 4-dən artıq top vurdu. Ötən ayın əvvəlində evdə San Marinonu 5:1 hesabı ilə üstələyən komandamız bizim üçün tarixi olan göstəriciyə imza atıb. Bu, həm də seçməmizin ən böyükhesablı qələbəsinin təkrarlanmasıdı. Buna kimi yığmamız yalnız bir dəfə - 1999-cu ildə Lixtenşteyni 4 fərqi ilə (4:0) üstələmişdi.

Prosineçki həm də yığmamızı çalışdıran 4-cü əcnəbi məşqçi oldu. Ona kimi braziliyalı Karlos Alberto Torres (2004-05), makedoniyalı Qyoko Haciyevski (2007) və almaniyalı Berti Foqts (2008-12) yığmamıza rəhbərlik edib. Xorvatiyalı çalışdırıcı həmçinin yığmamıza seçmə mərhələlərdə ən çox (4 oyun) qələbə qazandıran ikinci məşqçi oldu. Ona kimi yalnız Berti Foqts bu göstərici ilə yadda qalmışdı. Sadəcə, Foqts bunu 6 ilə etmişdisə, Prosineçki göstəricini 3 il təkrarladı.

Sonda isə yığmamızın Prosineçkinin rəhbərliyi altında keçirdiyi bütün oyunların nətiəclərini təqdim edirik:

2015

AÇSO. Bakı. Azərbaycan – Malta 2:0

YO. Serbiya – Azərbaycan 4:1 

AÇSO. Oslo. Norveç – Azərbaycan 0:0

AÇSO. Bakı. Azərbaycan – Xorvatiya 0:0

AÇSO. Ta Qali. Malta – Azərbaycan 2:2

AÇSO. Bakı. Azərbaycan – İtaliya 1:3

AÇSO. Sofiya. Bolqarıstan – Azərbaycan 2:0

YO. Bakı. Azərbaycan – Moldova 2:1

2016

YO. Antalya.  Azərbaycan – Qazaxıstan 1:2

YO. Bad Erlach. Azərbaycan – Andorra 0:0

YO. Bad Erlach. Azərbaycan – Makedoniya 1:3

YO. Rorbah Lafnitz. Azərbaycan – Kanada 1:1

DÇSO. San Marino. San Marino – Azərbaycan 0:1

DÇSO. Bakı. Azərbaycan – Norveç 1:0

DÇSO. Ostrava. Çexiya – Azərbaycan 0:0

DÇSO. Belfast. Şimali İrlandiya – Azərbaycan 4:0

YO. Doha. Qətər – Azərbaycan 1:2

DÇSO. Bakı. Azərbaycan – Almaniya 1:4

DÇSO. Bakı. Azərbaycan - Şimali İrlandiya 0:1

DÇSO. Oslo. Norveç - Azərbaycan 2:0

DÇSO. Bakı. Azərbaycan - San Marino 5:1

DÇSO. Bakı. Azərbaycan - Çexiya 1:2

DÇSO. Kayzerslautern. Almaniya - Azərbaycan 5:1

1

 2

 3

 4

5

    6     

2015

 9

 2

 3

4

  8:12

2016

 8

 2

 3

3

  4:9

2017

 7

 2

 0

5

  9:17

Cəmi

24

 6

 6

12

21:38