wrapper

Futbol üzrə milli komandamızın baş məşqçisi Robrto Di Matteo ol bilər. Futbol11.az xəbər verir ki, AFFA italiyalı mütəxəssislə danışıqlara başlayıb. 

Bu barədə məlumatı "Tuttomerkato" nəşri yayıb. Bildirilir ki, 47 yaşlı çalışdırıcıya yığmamızın "sükanı arxası"na keçməsi təklif olunub. Onun bu təklifə hansı cavab verdiyi məlum deyil. 

Qeyd edək ki, Di Matteonun son iş yeri İngiltərinin "Aston Villa" klubu olub. O, ən böyük uğurunu isə "Çelsi"də olan zaman qazanıb. "Zadəganlar" 2011/12 mövsümündə onun rəhbərliyi altında Çempionlar Liqasınin qalibi adına sahib çıxıblar. 

Futbol11.az 

Son redaktə Şənbə, 28 Oktyabr 2017